Вернуться назад Распечатать

Ukraynanı silahla təmin edən Fransanın “Verney-Karron” şirkəti müflis olub

2023-cü ilin noyabrında Ukraynaya 36 milyon avro dəyərində silah tədarükü ilə bağlı müqavilə imzalayan Fransanın ən köhnə silah şirkəti Verney-Carron iflas edib.

1xeber.media xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.

“Saint-Etienne-də yerləşən silah istehsalçısı Verney-Carron çərşənbə axşamı müflis olduğunu elan etdi və potensial alıcı ilə danışıqlar apararkən iflas proseduru üçün müraciət etdi”, - nəşr yazır.

Bildirilir ki, şirkət bir neçə ildir ki, böyük itkilərlə üzləşib. Beləliklə, 2023-cü ildə onların məbləği 5,45 milyon avro dövriyyə ilə 4,54 milyon avro olub.