1xeber.media xəbər verir ki, Zəfər Bayramı münasibətilə"Liatris Holdinq"in əməkdaşları məktəblilərlə birlikdə ağac əkiblər.
Bu barədə "Liatris Holdinq"in rəhbəri Ruhi xanım Əliyeva özünün Instagram hesabında paylaşım edib.
Məlumatda deyilir: "Zəfər günü ilə əlaqədar olaraq Bakı şəhərinin 221, 116 və 25 saylı məktəblərində 300 ədəd ağac əkdik. Bu aksiyada "Liatris Holdinq"in bütün əməkdaşları, məktəb rəhbərliyi və şagirdlər yaxından iştirak etdi. Məqsədimiz "Zəfər bayrami"na dünyanı yaşıllaşdırmaq niyyətimizi də əlavə etmək idi. Bir ağacın təbiatə və insanlığa verdiyi fayda danılmazdır. Aldiğımız hər nafəsin səbəbi məhz yaşıl təbiətdir. Ağac əkək ki, bizdən gələcək nəsillərə nəfəs dolu dünya qalsın".