Вернуться назад Распечатать

“Bağdan”ın tomat pastaları kiflənib

“Bağdan” brendi ilə satışa çıxan tomat pastalarının kifləndiyi məlum olub.

1xeber.media xəbər verir ki bu barədə axar.az-a şirkətin məhsulundan istifadə edən alıcı məlumat və foto göndərib.

Onun sözlərinə görə, şirkətin 325 qramlıq bankada satışa çıxardığı və 2027-ci il 9 sentyabra qədər yararlılıq müddəti olduğunu qeyd etdiyi məhsulunu evdə açarkən kifləndiyini görüb.

Məhsulun 9 sentyabr 2024-cü ildə istehsal edildiyi bildirilir. Əgər cəmi 5 aya məhsulda kiflənmə başlayıbsa, onun 2027-ci ilə qədər hansı hala düşəcəyini təsəvvür etmək olar.

Qeyd edək ki, məhsul “Araz” marketlər şəbəkəsindən alınıb və qiyməti 2 manat 29 qəpikdir.

“Bağdan” şirkətinə sorğu göndərilib.