Ötən ilin ilk 11 ayında Azərbaycandan xaricə 1,01 ton nərə balıqlarının kürüsü ixrac edilib.
1xeber.media Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə,bu miqdarda məhsulun ixrac dəyəri 1,059 milyon ABŞ dolları olub.
Nərə balığının kürüsünün ixracı əvvəlki illin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 840 kiloqram (6 dəfə), dəyər ifadəsi ilə 950 min ABŞ dolları (9,8 dəfə) artıb. Belə ki, 2023-cü ildə Azərbaycandan ixrac olunan nərə balıqlarının kürüsünün miqdarı 170 kiloqram, dəyəri isə 109 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan, Qazaxıstana, ABŞ-a, BƏƏ-ə, Honkonqa, Meksikaya, Səudiyyə Ərəbistanına, Sinqapura, Yaponiyaya və Macarıstana nərə balıqlarının kürüsü ixrac edilib.