Bu ilin yanvar ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 2,3 milyon ton olub.
1xeber.media məlumatın görə bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında paylaşım edib.
“İxraca nəql edilən həcmlər isə 2 milyon ton olub. Ötən ay 3,9 milyard kub metr qaz hasil edilib ki, bunun da 2 milyard kub metri ixrac olunub”, - deyə paylaşımda bildirilib.