Вернуться назад Распечатать

Astarada qaz xəttində güclü sızma olub

Astara rayonunda qaz xəttində güclü sızma olub.

1xeber.media məlumatına görə, rayon ərazisində yerləşən, Şahağacı QPS-dən qidalanan, Təngərüd kəndində diametri 59-mm-lik orta təzyiqli qaz xəttində aşkar edilən güclü qaz sızmasının ləğv edilməsi ilə əlaqədar 1 000 abonentin qaz təchizatı dayandırılıb.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etməyiniz xahiş olunur.