Avropa ölkələri münaqişənin həlli üçün Rusiya, ABŞ və Ukrayna arasında mümkün danışıqlarda iştirak edə bilər.
1xeber.media xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset deyib.
“İnanıram ki, Ukrayna nizamlanması üzrə danışıqlar ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Vladimir Zelenski və ola bilsin ki, bu müzakirələrdə iştirak edəcək Avropa tərəfindən aparılmalıdır”, - Müdafiə Nazirliyinin rəhbəri bildirib.