Münhendə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşən ABŞ rəsmiləri ona respublikanın gələcək mineral ehtiyatlarının yarısına nəzarəti ABŞ-a verəcək sənəd imzalamağı təklif ediblər. Ukrayna lideri bundan imtina edib.
1xeber.media xəbər verir ki, bu barədə Washington Post (WP) qəzeti Konqres nümayəndələrinə istinadən yazır.
“ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə onun imzalamasını istədikləri və ABŞ-a Ukraynanın gələcək mineral ehtiyatlarının 50 faizinə hüquq verəcək kağız parçası təqdim etdi. Zelenski nəzakətlə onu imzalamaqdan imtina etdi”, - nəşrin jurnalisti Coş Roqin X sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Ali Radanın deputatı Oleksiy Qonçarenko (Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxil edilib) diqqəti Kiyevlə Vaşinqton arasında təbii sərvətlərə dair razılaşmada Ukraynanın təhlükəsizliyinə təminatla bağlı heç bir bəndin olmamasına yönəldib. Parlamentarin sözlərinə görə, Zelenski bunu sənədi ABŞ senatorları ilə müzakirə edərkən qeyd edib.