Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Bu barədə 1xeber.media FHN Mətbuat xidmətindən bildirilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.