“Sərdar Cəlaloğlunun mətbuata açıqlamasını görməmişəm. Görmək də istəmirəm. Getsinlər kim nə istəyir etsin”.
1xeber.media xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun məşhur aktyoru, əməkdar artist Bəhram Bağırzadə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun ittihamlarına cavab verərkən deyib.
S.Cəlaloğlu mətbuata açıqlamasında Bəhram Bağırzadənin Azərbaycanda rus dilində təhsilin müdafiəçisi kimi çıxış etdiyin söyləyib. Buna görə əməkdar artisti tənqid etməklə yanaşı, onu Rusiyanın “təsir agenti” adlandırıb.