Rusiya ordusu Donetsk vilayətinin Pokrovsk şəhəri istiqamətində ağır vəziyyətdədir.
1xeber.media xəbər verir ki, bu barədə Rusiyanın “Kremlevskaya Tabakerka” Teleqram kanalı Müdafiə Nazirliyində Baş Qərargah rəisi Valeri Gerasimova yaxın olan generallara istinadla məlumat yayıb.
“Güc tamamilə tükənib, nə edəcəyimizi bilmirik”, - mənbə kanala açıqlamasında bildirib.
Qeyd olunub ki, Pokrovsk istiqamətində ruslar hər gün 120-300 arası itki verir:
“Lazımi tibbi yardım ala bilmədikləri üçün yaralıların əksəriyyəti ölür. Düşmən dron və digər silahları ilə yaralıları döyüş meydanından çıxarmağa imkan vermir”.