Goranboyda ailə münaqişəsi zamanı evin gəlini xəsarət alıb.
1xeber.media məlumatına görə, hadisə rayonun Qarasüleymanlı kəndində baş verib. Sözügedən kənddə yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini - 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ile ailə münaqişəsi zəminində mübahisə etmiş, ona doğru əl qumbarası atmışdır.
Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır. Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılmışdır.