Вернуться назад Распечатать

“Azərlotereya” sədrinin müşaviri 2.5 milyon udub?

“Azərlotereya" sədrinin müşaviri Mikayıl Nəcəfovun lotereyada 2.5 milyon dollar udması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləriaçıqlamasında “Azərlotoreya”dan Fidan Əliheydər deyib.

“Bizim oyunlarımızda ən böyük uduş 1 milyon manatdır. Həmçinin şirkət əməkdaşları lotereya oyunlarında iştirak edə bilməzlər”, - o bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə "Azərlotereya" sədrinin müşaviri Mikayıl Nəcəfovun lotoreyada 2.5 milyon dollar udması ilə bağlı iddialar yayılıb.