Вернуться назад Распечатать

Laçında yük maşını dərəyə aşdı - VİDEO

Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

1xeber.media "Unikal"-a  istinadən xəbər verir ki, hadisə Pircahan kəndi ərazisində qeydə alınıb.

Beton qarışdıran maşın yoldan çıxaraq aşıb. Qəza zamanı 1 nəfər xəsarət alıb. 

Faktla bağlı Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.