Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərdə özünü dünyada sülh tərəfdarı kimi tanıtmağa çalışsa da, Ermənistanın işğalçı və dağıdıcı imicini aradan qaldıra bilməyəcək.
1xeber.media xəbər verir ki, bu fikirləri ARB 24 telekanalına müsahibəsində Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
"Çünki Ermənistan Azərbaycanın suveren ərazilərini 30 il işağlda saxlayıb, talayıb və yerlə-yeksan edib. Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir. Konstitusiyasında Azərbayacana qarşı konkret ərazi iddiaları var. Ermənistan kütləvi şəkildə silahlanır. Daha çox hücum xarakterli silahlar alır. ABŞ ilə strateji tərəfdaşlıq quraraq öz ərazilərinə Amerika hərbçilərini gətirməyə çalışır. Azərbaycanın mövqeyinə zidd olaraq Avropa İttifaqı “missiyası”nı daha iki il uzadır. Təsəvvür edin, Ermənistan müdafiə naziri Münhen Təhlükəsizlik konfransına gedir, Ermənistan hərbçiləri bu çərçivədə hərbi təlmlərə qatılır. Bütün bu faktlar onu göstərir ki, Ermənistan Azərbaycanla sülh imzalamaq istəmir, əksinə yeni hərbi təxribatlar törətməyə çalışır. Yəni, faktiki olaraq hazırda havadarları Ermənistanı müharibəyə sürükləyir. Odur ki, Paşinyanın Münhendə özünü sülh göyərçini kimi aparması nəticəsiz qaldı", - S.Kərimli bildirib.