Bu ilin yanvar ayında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 5.550 şəxs qəbul edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən 1xeber.media verilən məlumata görə, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələrin təqdim olunması, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 8.228 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 78,1 faiz çoxdur.
Bildirilib ki, ümumi xidmətlərin 95 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.
Qeyd olunub ki, yanvar ayında vergi ödəyicilərinə 177.774 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Ay ərzində vergi ödəyiciləri ilə 6 görüş keçirilib, 43 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 318 müraciət üzrə 550 Asan İmza sertifikatı verilib