Rusiya ilə ABŞ arasında Ər-Riyadda keçiriləcək danışıqlar ikitərəfli olacaq.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
“Hələlik bu kontekstdə söhbət ikitərəfli danışıqlardan gedir. "Biz əslində bu məqsədlə Ər-Riyada uçuruq", - Uşakov bildirib.
O əlavə edib ki, ikitərəfli münasibətlərin bərpası müzakirə mövzularından biri olacaq. Prezidentin köməkçisinin sözlərinə görə, qarşıdan gələn danışıqlar Amerika tərəfi ilə telefonla razılaşdırılıb.
Bundan əvvəl “The Washington Post” (WP) öz mənbələrinə istinadən yazıb ki, ABŞ-ı Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edəcək.