Вернуться назад Распечатать

Daha bir təyyarə qəzası baş verdi

Torontoda sərnişin təyyarəsi qəzaya uğrayıb 

Kanadanın Toronto hava limanında "Delta Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş zamanı aşıb.

İlkin məlumatlara görə, hadisə Bombardier CRJ 900 tipli təyyarə ilə baş verib. Təyyarə Minnesotanın Minneapolis (ABŞ) şəhərindən Toronto hava limanına eniş edərkən qəzaya uğrayıb.

Məlumata görə, hadisə nəticəsində 8 nəfər yaralanıb. Qəzanın səbəbləri hələlik açıqlanmayıb.