Вернуться назад Распечатать

ABŞ dövlət katibi Ukraynada sülhdən sonra sanksiyaların ləğvinə icazə verib

Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların bir qismi Ukrayna münaqişəsi həll edildikdən sonra ləğv oluna bilər.

1xeber.media  xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Rusiya və Amerika nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən danışıqlardan sonra bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin fevralında başlayan hərbi əməliyyatlar nəticəsində tətbiq edilən məhdudlaşdırıcı tədbirlər müzakirəyə səbəb olacaq. Eyni zamanda, Avropa İttifaqı da sanksiyalar siyasətinə yenidən baxmalı olacaq.