Вернуться назад Распечатать

Keçmiş başçının oğlu da dövlətə borcludur

"Crystal Group of Companies" ASC-nin tərkibinə daxil olan "Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.

1xeber.media 32gun.az-a istinaən verdiyi məlumata görə sözügedən MMC-nin hazırki vergi borcu 290948.39 AZN-dir.

Bildirək ki, nizamnamə kapitalı 136745.80  AZN olan "Crystal Group of Companies" ASC-nin qanuni təmsilçisi Baxış Əliyev  Akif oğludur. 

Əldə etdiyimiz məlumata görə, Baxış Əliyev  Akif oğlu Şamaxı rayonu İcra hakimiyyətinin keçmiş başçısı (2004-cü ilə qədər) Akif Baxış oğlu Əliyevin övladıdır.