Вернуться назад Распечатать

Zelenski Ukraynanın Rusiyanın tərkibinə daxil olan əraziləri tanımasını istisna edib

Ukrayna heç vaxt Rusiya Federasiyasının tərkibinə daxil olan əraziləri Rusiya kimi tanımayacaq.

1xeber.media xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə lideri Rəcəb

Tayyib Ərdoğanla Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

"Biz heç vaxt ərazilərimizi Rusiyanın bir hissəsi kimi tanımayacağıq", - Anadolu Ajansı onun sözlərindən sitat gətirir.

Kiyev rejiminin rəhbəri Kiyevin artıq Rusiya Federasiyasına birləşdirilən əraziləri diplomatik yollarla qaytarmağa üstünlük verəcəyinə də aydınlıq gətirib.