ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq münaqişənin həlli üzrə danışıqlar qrupuna qoşulacaq.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov “60 dəqiqə” verilişinə müsahibəsində bildirib.
“Ukraynada razılaşdılar ki, onlar artıq elçi təyin ediblər, cənab Kelloq. Lakin o, ukraynalılar və avropalılarla əlaqə saxlayacaq və bizim Rusiya-Amerika trekimiz üçün xüsusi şəxs və ya xüsusi nümayəndələr qrupu ayrılacaq”.
Uşakov əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin də Vaşinqtonla təmaslar üçün nümayəndələr təyin edəcək.