Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Ərdoğanla görüşündən danışaraq Kiyevin Ankara ilə münasibətlərə dəyər verdiyini bildirib.
1xeber.media xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
“Ukrayna Türkiyə ilə münasibətlərini və bu fövqəladə müharibə dövründə lazımi qarşılıqlı anlaşmaya malik olduğumuzu və dəstək almağımızı çox yüksək qiymətləndirir”, - deyə Zelenski yazıb.
Onun sözlərinə görə, Türkiyə lideri ilə birgə qlobal prosesləri, o cümlədən Ukrayna üçün təhlükəsizlik təminatlarını, ölkələr arasında iqtisadiyyat, təhsil və məhbus mübadiləsi sahələrində əməkdaşlığı müzakirə ediblər.
Bundan əvvəl Ərdoğan bəyan etmişdi ki, Türkiyə tərəfi Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə ümidini itirmək istəmir. Siyasətçinin sözlərinə görə, Ankara Vaşinqton və Moskvadan “müsbət mesajlar” görür.