Daha əvvəl Parisdə keçirilən Ukrayna üzrə Avropa sammiti Fransa prezidenti Emmanuel Makron üçün böyük fiasko oldu.
1xeber.media xəbər verir ki, bunu fransalı siyasətçi, Patriotlar partiyasının lideri Florian Filippot X sosial şəbəkəsindəki hesabında yazıb.
“Dünən axşam Yelisey sarayında keçirilən sammit Makron üçün böyük fiasko oldu! "Tarixi!" – siyasətçi dövlət başçısına güldü.
Filippo həmçinin vurğulayıb ki, Makronun strategiyası əks-məhsuldardır, çünki o, Ukraynaya qoşun göndərmək məsələsini gündəmə gətirməklə Parislə müttəfiq ölkələri özündən uzaqlaşdırır. Xüsusilə, o, belə təşəbbüslərdə iştirakdan imtina edən Polşanı göstərib.
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk Varşavanın Ukraynaya qoşun yeritməyəcəyini, lakin bunu edəcək ölkələri dəstəkləyəcəyini bildirmişdi. Eyni zamanda, hökumət başçısı əmin edib ki, ölkəsi Kiyevi “təşkilati, humanitar aspektlərdə və hərbi yardımla” dəstəkləməyə davam edəcək.