Вернуться назад Распечатать

Çörək sexində üç nəfər dəm qazından zəhərləndi

Gədəbəy rayonunda çörək sexlərinin birində üç nəfər dəm qazından zəhərlənib.

1xeber.media  xəbər verir ki, zərərçəkənlər 1976 -cı il təvəllüdlü Xatirə Həsənova, 1971-ci il təvəllüdlü Pəri Sadıqova və 1986-cı il təvəllüdlü Sevinc Hüseynova zəhərlənmə diaqnozu ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyətləri orta-ağır qiymətləndirilir.