Вернуться назад Распечатать

Məzuniyyətdə olarkən icra başçısının işdən çıxardığı keçmiş müavinin zavodunun vergi borcu üzə çıxdı

Ucar Dəmir- Beton Məmulatları ASC-nin  dövlətə vergi borcu üzə çıxıb.

1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, sözügedən zavodun hazırki vergi borcu  12821.27 AZN-dir.

Nizamnamə kapitalı 395274 AZN olan Ucar Dəmir- Beton Məmulatları ASC-nin qanuni təmsilçisi Vəliyev İkram Sabir oğludur.

Qeyd edək ki, Vəliyev İkram Sabir oğlu Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsində çalışıb. O  məzuniyyətdə olduğu zaman 2023-cü ildə  icra hakimiyyətinin başçısı Natiq Ağayevin müaviq əmri ilə  vəzifəsindən azad edilib. Özü bu barədə yerli mətbuata açıqlama verib.