Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində batan balıqçıların kimliyi bilinib.
Həmin şəxslərdən biri rayonun Seyidlər kənd sakini, 2003 cü il təvəllüdlü İsmayıl Şubliyev, digəri isə Çinarlı qəsəbəsində qeydiyyatda olan 1999-cu il təvəllüdlü Muşviq İsmayılovdur.
İlkin məlumata görə, hadisə qayığın aşması nəticəsində baş verib.
Batan şəxlərin axtarışları davam etdirilir.
***
Mingəçevir Su Anbarının Samux rayonu ərazisinə düşən hissəsində orta yaşlı iki nəfər batıb.
1xeber.media Teleqraf-a istinadən xəbər verir ki, hadis rayonun Qarağaclı kəndində qeydə alınıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.
Batan şəxslərin axtarışları davam edir. Həmin şəxslərin balıqçı olduğu ehtimal olunur.