Bu ilin yanvar ayında Azərbaycanda 130,6 min ton tikinti qumu istehsal edilib.
1xeber.media bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 79,5 min ton və ya 2,5 dəfə çoxdur.
Fevralın 1-nə olan məlumata görə, ölkədə hazır məhsul ehtiyatı 10,9 min ton təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 5,0 faiz azalıb.
Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,1 milyard kub metr təşkil edib.
Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb.