Вернуться назад Распечатать

SON DƏQİQƏ-ATV-nin yayımı dayandırılır

Bu gün günün ikinci yarısında “Azad Azərbaycan” telekanalının yayımı müvəqqəti dayandırılacaq.

1xeber.media xəbər verir ki, bununla bağlı “Azad Azərbaycan”ın feysbuk səhifəsində paylaşım edilib.

“Azad Azərbaycan” MTRK-nın serverlərində planlaşdırılmış profilaktik işlərlə bağlı rəqəmsal platformalardan yayım (“stream”) və bu yayımı istifadə edən digər platformalarda canlı yayım (“stream”) fevralın 20-si günün ikinci yarısında müvəqqəti dayandırılacaq”, - paylaşımda qeyd olunub.