Katoliklərin ruhani lideri Roma Papası Fransiskə ikiqat pnevmoniya diaqnozu qoyulduqdan sonra dəfn mərasimi üçün məşqlər başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə İsveçrənin “Blick” qəzeti yazıb.
88 yaşlı Papanın təhlükəsizliyinə cavabdeh olan İsveçrə Qvardiyası dəfn protokollarını məşq edir və Papanın öləcəyi təqdirdə sərt komendant saatı tətbiqinə hazırlaşır.
“Politico” qəzetinin məlumatına görə, Papaya yaxın iki şəxs Fransiskin onlara “Bu dəfə bacara bilməyəcəyəm” dediyini iddia edib.
İtaliyanın baş naziri Corciya Meloni çərşənbə günü Roma Papasını xəstəxanada 20 dəqiqə ziyarət edib və onun huşunun yerində olduğunu bildirib: "Biz həmişəki kimi zarafatlaşırdıq. O, məşhur yumor hissini itirməyib".
Qeyd edək ki, Papa Fransisk bir neçə gün əvvəl şiddətli sinə ağrıları ilə Romadakı Gemelli Xəstəxanasına aparılıb. Vatikan Papaya ikitərəfli pnevmoniya diaqnozunun qoyulduğunu təsdiqləyib.