Вернуться назад Распечатать

“Krokus”un yaxınlığında terror aktı qurbanlarının xatirəsinə abidə ucaldılır

Moskva vilayətində “Crocus City Hall” konsert zalında terror aktı qurbanlarının xatirəsinə abidə ucaldılmağa başlayıb.

1xeber.media xəbər verir ki, bu barədə fevralın 21-də “İzvestiya”nın müxbiri məlumat verib.
Ötən il baş vermiş faciə yerindən çəkilmiş kadrlarda iş aparılarkən zalın ərazisinin hasara alındığı görünür.

6 dekabr 2024-cü ildə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov memorialın konsepsiyasının artıq işlənib hazırlandığını bildirdi. Memorialın tikintisinin başa çatma tarixi dəqiqləşdirilməyib.