İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, girov Şiri Bibasın cəsədi əvəzinə Fələstinin radikal HƏMAS hərəkatı naməlum Qəzza sakininin cəsədini təhvil verib.
1xeber.media xəbər verir ki, bu barədə Baş Nazirin Aparatının mətbuat xidməti məlumat yayıb.
Netanyahu bildirib ki, HƏMAS rəsmiləri “təsvir edilməyəcək dərəcədə kinsiz bir şəkildə” Şirini kiçik uşaqlarına qaytarmayıb, başqa bir qadının cəsədini tabuta yerləşdiriblər.
“Biz Şirini həm diri, həm də ölü bütün girovlarımızla birlikdə evə gətirmək üçün qətiyyətlə hərəkət edəcəyik”, - deyə baş nazir bildirib.