Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa Rusiya ilə ABŞ arasında fevralın 18-də Ər-Riyadda keçirilən danışıqlar barədə məlumat verib.
1xeber.media xəbbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə Lavrovun Yohannesburqda Cənubi Afrika Respublikasının prezidenti ilə görüşü olduğu bildirilib.
“İki ölkə beynəlxalq və regional gündəliyin əsas mövzuları, o cümlədən BMT, İyirmilik Qrupu və BRİKS çərçivəsində səylərin əlaqələndirilməsi, habelə Ukrayna ətrafındakı vəziyyət üzrə konstruktiv əməkdaşlığın davam etdirilməsinə sadiq olduqlarını vurğuladılar”, - nazirlik bildirib.