Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ arasında Ər-Riyadda keçirilən danışıqları şərh edib.
1xeber.media xəbər verir ki, o, bu barədə Bloomberg-ə müsahibəsində danışıb.
Peskov bildirib ki, hazırda görüşün nəticələrini təhlil etmək tezdir. “Hansısa mümkün danışıqların şərtlərini, o cümlədən sanksiyaları müzakirə etmək hələ tezdir”, o vurğulayıb.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya-Amerika danışıqları baş tutub. Moskvanı Kirill Dmitriyev, həmçinin xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təmsil ediblər. Danışıqlarda Vaşinqtonun dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak edib.