İsrail hərbçiləri Qəzzada azad edilmiş iki girovu Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) İsrail ərazisinə doğru yola çıxarıblar.
1xeber.media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) Telegram kanalında məlumat yayıb.
“Geri qayıdan iki girov hazırda İDF-nin xüsusi təyinatlıları və Ümumi Təhlükəsizlik Qüvvələri tərəfindən İsrail ərazisinə aparılır”, - məlumatda deyilir.
“Reuters”in məlumatına görə, Fələstinin radikal HƏMAS hərəkatı Tal Shoham və Avera Megisto-nu Qırmızı Xaça təhvil verib. İDF azad edilmiş girovların adlarını açıqlamayıb.
Bundan əvvəl BQXK əməkdaşları 2023-cü ildə Həmas yaraqlıları tərəfindən qaçırılan girov Şiri Bibasın ehtimal edilən cəsədini İsrailə təhvil verib. Bibasın cəsədi daha sonra İsraildə müəyyən edilib.