Вернуться назад Распечатать

Lənkəranda ətraf mühitin çirkləndirilməsiə qarşı tədbir keçirilib

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları  ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunmasım əqsədilə rayon ərazisində nəzarət-profilaktiki tədbir keçiriblər.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1xeber.media-ya  verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə aidiyyəti şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Son 1 ay ərzində rayon ərazisində sanitar qayda pozuntusuna yol verən 44 şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsi təmin edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.