30 ildən çox Azərbaycan xalqı səbr göstərdi. Biz hüququn gücünə inandıq, hüququn ədalətini gözlədik, danışıqlar prosesinə hazır olduğumuzu nümayiş etdirdik. Çox təəssüf ki, təcavüzkar dövlət olan Ermənistan bundan sui-istifadə edərək özünün işğalçı siyasətini
pərdələdi. Nəhayət, haqq-ədalət öz yerini tapdı.
Müharibə qanunları və beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı Zəfər yürüşünə başlayan Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə ədalət məhkəməsini özü qurdu. 2020- ci il sentyabrın 27 Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin növbəti hücumuna məruz qalmışdır, 44 günlük müharibədə işğalçı Ermənistanın ordusu bütünlüklə məhv edildi, düşmən diz çökdü və 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8noyabrda isə Şuşa şəhəri azad oldu. 10-da Ermənistan dövləti üçün
kapitulyasiya aktı sayılan üç tərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.
2020-ci ilin 10 noyabr gecəsi Prezident İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat
məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.
30 ilə yaxın sürən yurd, torpaq həsrətinə son qoyan Zəfər bizi Azərbaycan Respublikasının torpaq bütünlüyünün təmin edən, işğal altındakı bütün əraziləri üzərindəsuverenliyinin bərqərar olunduğu o böyük günə çatdırdı. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları sənədə
əsasən düşmən dövlət üzərinə bir sıra öhdəliklər götürdü və dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz respublikamıza təslim etdi. Beləliklə, Azərbaycan hədəfinə çatdı və ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən
Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və
mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə
müjdəsi ilə ayağa qalxan xalqın qələbə sevinci bitib-tükənmirdi. Ölkənin bütün regionlarında sakinlər küçələrə çıxaraq, böyük coşqu ilə qeyd edirdilər.
Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir, azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atan Azərbaycan Hökuməti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər görülür.
Vüsal Əsgərov,
Sabirabad Gənclərin İnkişafı və Kariyera Mərkəzinin könüllüsü