Ötən il Azərbaycandan xarici ölkələrə 11 min 985 ton kərə yağı ixrac olunub.
1xeber.media xəbər verir ki, ixrac olunan kərə yağının 99,9%-i və ya 11 min 977 tonu Rusiyaya göndərilib.
Qeyd edək ki, ixrac olunan kərə yağı əvvəlki illə müqayisədə 9,7 dəfə artıb. Belə ki, 2023-cü ildə xaricə 1 232 ton kərə yağı ixrac edilib.
2023-cü ildə ixrac olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,7 dollar (9,7 manat) olduğu halda, ötən il bu məbləğ 6,5 dollar (11,1 manat) olub.
Məlumat üçün bildirək ki, ötən ilin dekabr ayında yerli istehsal olan kərə yağının ölkə daxilindəki pərakəndə satış qiyməti 20,4 manat olub.