Вернуться назад Распечатать

Daşqın Rəcəblinin bacısına da vəzifə verildi

Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri, hazırda “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin müdir müavini vəzifəsində olan Daşqın Rəcəblinin bacısı Çinarə Balıyevaya “Bakı Metropoliteni” QSC-də vəzifə verilib.

 Ç.Balıyeva QSC-nin Mətbuat xidməti rəhbərinin müavini təyin edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.O, ötən il iş üçün ADY-yə müraciət etsə də, daxili yoxlamadan keçə bilməyib.

Daşqın Rəcəblinin müdiri - “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova bir müddət öncə, nöqsanlara görə vəzifəsindən azad olunub.

pravda.az