1xeber.media xəbər verir ki 24.02.2025 tarixində Özbəkistanın Daşkənd şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə bir çox ziyalılarla yanaşı Türk dünyası Elmlər Akademiyasının fəxri professoru, Özbəkistan Beynəlxalq Ədəbiyyat, Sənət və İctimai Fənlər Akademiyasının fəxri akademiki, "Əlişir Nəvai" adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, "Humay" milli mükafatı laureatı, "Vektor" Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, iş insanı, sahibkar, “VİP Milan Hospital”ın təsisçi direktoru Xuraman xanım Muradova da iştirak edib.