Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza aradan qaldırılıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən 1xeber.media verilən məlumata görə, mütəxəssislərin Coğrafi İnformasiya Sistemləri vasitəsilə ünvanı tez və dəqiq müəyyənləşdirməsi və rayon sukanal idarəsinin qəza briqadasının operativ fəaliyyəti nəticəsində təmir və bərpa işlərinə dünəndən başlanılıb və əməkdaşlarımızın yüksək peşəkarlığı sayəsində problem günün birinci yarısı həll olunub.
Nəzərinə çatdıraq ki, elanda suyun əvvəlki rejimlə günün iki yarısından sonra verilməsi qeyd edilmişdi. Lakin işlər tez yekunlaşdırıldığından hazırda Nərimanov rayonu üzrə abonentlərin su təchizatı bərpa edilib.