Əlindəki ziyili götürmək üçün Gəncə Şəhər Beynalxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə elə oradaca dünyasını dəyişib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, gənc xanım narkozdan sonra allergik şok keçirib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumat üçün bildirək ki, T.Balakişizadə əslən Kəlbəcər rayonundan olsa da, Gəncə şəhərində yaşayıb. Azərbaycan Beynalxalq Bankının (ABB) işçisi olub.