Paytaxtın Əhmədli qəsəbəsi ərazisində yaşıllıq ərazidə metal konstruksiyalar quraşdırılıb.
1xeber.media xəbər verir ki, bu barədə sakinlər məlumat verib.
Onlar bildiriblər ki, metronun "Əhmədli” stansiyasının yaxınlığında – Sarayevo küçəsində yaşıllıq ərazidə iaşə obyekti inşa edilir. Tikintiyə etiaz etdiklərini bildiriən şikayətçilər burada aparılacaq işlərin ağacların məhv olmasına, şəhər mühitini pozulmasına və insanların piyada hərəkətinə ciddi maneə yaratdığını deyiblər.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı artıq araşdırmalara başlanılıb.