Вернуться назад Распечатать

"Rostov"un baş məşqçisi Valeri Karpin istefa verib

1xeber.media xəbər verir ki, klubun rəsmi saytında dərc olunan məlumata görə, Valeri Karpin "Rostov"un baş məşqçisi postunu tərk edib.

“Valeri Georgieviç Karpin Rostov futbol klubunun baş məşqçisi vəzifəsini tərk edir. Bu çətin qərarı mümkün qədər Rusiya millisi ilə işləməyə cəmləmək zərurəti diktə edib”, - deyə klub prezidenti Artaşes Arutyunyants bildirib.

Arutyunyants, həmçinin Karpinin klubun inkişafındakı böyük xidmətini qeyd edib və ona gələcək işində uğurlar arzulayıb.