Rusiya ilə ABŞ arasında münasibətlər SSRİ prezidenti Mixail Qorbaçovun dövrünə doğru geriləyir və indi Vaşinqton Amerika qoşunlarını Avropadan çıxarmağa hazırlaşır.
1xeber.media xəbər verir ki, bu barədə “Bild” qəzeti yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, ABŞ Rusiya prezidenti Vladimir Putinin tələbi ilə NATO alyansı şərqə doğru genişlənməyə başlamadığı bir vaxtda hərbi kontingentini əvvəlki sərhədlərinə çəkməyi planlaşdırır.
“Bizdə olan məlumata görə, bu, Rusiya prezidentinin 2021-ci il üçün tələbidir, yəni 1990-cı ildən sonra alyansa daxil olan bütün NATO ölkələrindən Amerika qoşunlarının çıxarılmasıdır”, - Bild yazır.
Bundan əvvəl NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Avropanı öz tənhalığı ilə barışmağa çağırmışdı.