Вернуться назад Распечатать

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb.

1xeber.media  xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud strateji müttəfiqlik münasibətlərinə diqqət çəkilib, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.