Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.
1xeber.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 28-də Lənkəran şəhərində, nazirliyin Cənub Regional Mərkəzinin binasında saat 10:00-dan Lənkəran və Astara rayonları sakinlərinin qəbulu keçiriləcək:
"Qəbula gələn vətəndaşların qeydiyyatı fevralın 27-də nazirliyin Cənub Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər".