Fransa prezidenti Emmanuel Makron Ağ Evdə görüş zamanı amerikalı həmkarı Donald Trampa təzyiq edib. O, ABŞ prezidentindən Ukraynada sülh sazişi bağlandıqdan sonra yeridilməsi planlaşdırılan fransız və ingilis əsgərlərinə hərbi dəstək verməsini tələb edib.
1xeber.media xəbər verir ki, bu fikri “The Wall Street Journal”a (WSJ) yüksək rütbəli məmur bildirib.
Məqalədə deyilir: “Makron Trampa təzyiq edib ki, ABŞ Rusiya ilə sülh sazişi bağlayacağı təqdirdə Böyük Britaniya və Fransanın Ukraynaya yerləşdirməyə hazır olduqları minlərlə hərbçiyə ABŞ hərbi dəstək versin”.
Adı açıqlanmayan rəsmi bildirib ki, Tramp bu ideyaya açıqdır. Makronun Vaşinqtonu Amerika lideri ilə anlaşdığını düşünərək tərk etdiyi də bildirilir.
Trampın özü də əvvəllər münaqişənin həlli ilə bağlı razılıq əldə edildikdən sonra Ukraynada sülhməramlıların yerləşdirilməsinə ehtiyac olduğunu bəyan edib. Bununla yanaşı, Trampın Vaşinqtonun Ukraynaya təhlükəsizlik zəmanəti verməsinə etiraz etmədiyi bildirilib.