İsrail təyyarələri Suriyanın paytaxtı Dəməşqin cənubundakı Kisva yaşayış məntəqəsi, həmçinin Dəra və Kuneytra əyalətlərindəki hərbi bazalara hava zərbələri endirib.
1xeber.media xəbər verir ki, bu barədə Suriya televiziyası məlumat yayıb.
Məlumata görə, hava hücumları ilə eyni vaxtda İsrail quru qoşunları Dəra və Kuneytra əyalətlərinin bir neçə rayonuna daxil olaraq, kazarmalara zərbələr endiriblər.
İsrail ordusunun sözçüsü Avixay Edri Suriyanın cənubunda hərbi texnika və qüvvələrin mövcudluğunun İsrail vətəndaşları üçün təhlükə yaratdığını söyləyərək, ordunun hər hansı bir təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Məlumata görə, İsrail hərbçiləri Dəra və Kuneytra əyalətlərini bir neçə saat sonra tərk ediblər.