Вернуться назад Распечатать

Paşinyan Azərbaycana şərtlərini təklif etdi

İrəvan Bakıya həm Ermənistana, həm də Azərbaycana uyğun gələn dəmir yolu kommunikasiyalarının açılması ilə bağlı təkliflər göndərib.

1xeber.media xəbər verir ki,  bu barədə çərşənbə günü, fevralın 26-da Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Mən əminəm ki, bizim təklifimiz Ermənistan və Azərbaycan xalqları üçün 100% məqbul olacaq", - o, brifinq zamanı deyib.

Paşinyan bildirib ki, uzun illər ərzində aparılan danışıqların təhlili hər iki dövlət üçün optimal variantın tapılmasına xidmət edib. Lakin Bakı hələ də İrəvanın təkliflərinə cavab verməyib.